EN

“Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!

“Karolina” Şərq konfransının yarımfinalını da birnəfəsə keçdi.

“Filadelfiya” ilə seriyanın ilk 4 oyununda qalib gələn “Harrikeynz” konfrans finalına vəsiqə qazandı. “Karolina” 1/4 finalda “Ottava”nı da 4 oyunun hamısında məğlub etmişdi, yəni komanda pley-offun ilk iki mərhələsini 8 qələbə ilə keçdi. Konfrans finalındakı rəqib isə “Monreal” – “Baffalo” cütünün qalibi olacaq.

Qərb konfransında da finalçılardan biri bəllidi. “Minnesota”nı 5-ci oyunda mübarizədən kənarlaşdıran “Kolorado” finalda “Veqas” – “Anahaym” cütünün qalibi ilə qarşılaşacaq.

konfrans yarımfinalları
8 may

Filadelfiya – Karolina 1:4 (0:1, 1:1, 0:2)
Seriyada hesab – 0:3

9 may
Baffalo – Monreal 1:5 (0:2, 1:1, 0:2)
Seriyada hesab – 1:1.
Anahaym – Veqas 2:6 (0:3, 0:2, 2:1)
Seriyada hesab – 1:2.

10 may
Filadelfiya – Karolina 2:3 OT (1:0, 0:1, 1:1, 0:1)
Seriyada hesab – 0:4.
Minnesota – Kolorado 5:1 (2:0, 2:1, 1:0)
Seriyada hesab – 1:2.

11 may
Monreal – Baffalo 6:2 (1:1, 3:1, 2:0)
Seriyada hesab – 2:1.
Anahaym – Veqas 4:3 (2:1, 1:1, 1:1)
Seriyada hesab – 2:2.

12 may
Minnesota – Kolorado 2:5 (1:0, 0:1, 1:4)
Seriyada hesab – 1:3.

13 may
Monreal – Baffalo 2:3 (2:1, 0:1, 0:1)
Seriyada hesab – 2:2.
Veqas – Anahaym 3:2 OT (1:1, 0:0, 1:1, 1:0)
Seriyada hesab – 3:2.

14 may
Kolorado – Minnesota 4:3 OT (0:3, 1:0, 2:0, 1:0)
Seriyada hesab – 4:1.

Chosen
24
1
football-plus.az

2Sources