EN

Gürcüstan azərbaycanlı da daxil 62 əcnəbini deportasiya edib

Gürcüstan
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 62 xarici vətəndaş deportasiya olunub. 1news.az "Report"a xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamentinin əməkdaşları tərəfindən DİN-in digər aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika, Sudan, İordaniya və Filippin vətəndaşları da var.

Bildirilib ki, həmin şəxslər Gürcüstanda miqrasiya qaydalarını pozduqları üçün ölkədən çıxarılıblar. Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Chosen
35
6
1news.az

7Sources