ain.az bildirir, Bakivaxti portalına istinadən.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 62 xarici vətəndaş deportasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamentinin əməkdaşları tərəfindən DİN-in digər aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika, Sudan, İordaniya və Filippin vətəndaşları da var.
Bildirilib ki, həmin şəxslər Gürcüstanda miqrasiya qaydalarını pozduqları üçün ölkədən çıxarılıblar. Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.