EN

“Ağdam Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir” Xüsusi nümayəndə

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Azad olunmuş ərazilərdə genişmiqyaslı yol-nəqliyyat infrastrukturu layihələri icra edilir”.

SİA xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə deyib.

Elçin Yusubov bildirib ki, hazırda Suqovuşan–Sərsəng Su Anbarı–Qozlukörpü–Kəlbəcər, Suqovuşan–Kəlbəcər–Ağdərə–Ağdam, Əsgəran–Xocalı–Xankəndi və Bərdə–Ağdam–Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.

Xüsusi nümayəndə qeyd edib ki, həyata keçirilən layihələr təkcə yol infrastrukturunu deyil, eyni zamanda xidmət, ticarət, maliyyə, kənd təsərrüfatı, istehsal və sənaye sahələrini də əhatə edir.

Onun sözlərinə görə, bir sıra layihələr üzrə artıq müqavilələr imzalanıb, əməkdaşlıq razılaşmaları əldə olunub və yaxın zamanda praktiki icra mərhələsinə keçid nəzərdə tutulur.

Elçin Yusubov vurğulayıb ki, azad olunmuş ərazilərdə reallaşdırılan bu layihələr ölkənin iqtisadi inkişafına və müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
sia.az

4Sources