AZ

Elçin Yusubov: "Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir"

Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yol-nəqliyyat infrastrukturu layihələri icra edilir.

Xüsusi nümayəndənin sözlərinə görə, hazırda Suqovuşan–Sərsəng Su Anbarı–Gözlükörpü–Kəlbəcər, Suqovuşan–Kəlbəcər–Ağdərə–Ağdam, Əsgəran–Xocalı–Xankəndi və Bərdə–Ağdam–Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
1
3
cebheinfo.az

4Mənbələr