EN

Əlilliyi olan 5700 şəxsə 271 min reabilitasiya vasitəsi verilib

Bu ilin yanvar-aprel aylarında əlilliyi olan 5700 şəxs 271 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Bu barədə Publika.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Qeyd olunan reabilitasiya vasitələrindən 644-sı təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 2785 cüt protez və ortopedik ayaqqabı, 520 eşitmə aparatı verilib, onların ehtiyac duyduqları digər reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Chosen
16
16
publika.az

10Sources