EN

İllərdir gizlətdiyi xəstəliyiniaçıqladı


Türkiyəli məşhur müğənni İrem Derici qatıldığı yutub proqramında uzun illərdir mübarizə apardığı sağlamlıq problemlərindən danışıb.

Medicina.az -ın xəbərinə görə, müğənni bildirib ki, ona xroniki yuxusuzluq (“insomniya”) diaqnozu qoyulub.

Derici aylardır həm psixoloji, həm də fiziki baxımdan çətin dövr keçirdiyini deyib.

O, açıqlamasında gün ərzində, demək olar ki, heç yatmadığını bildirib: “24 saat oyaq qalıram. Buna görə sosial mediada da daim aktiv oluram”.

İrem Derici həmçinin 2017-ci ildən bəri epileptik tutmalardan əziyyət çəkdiyini ilk dəfə açıqlayıb. Onun sözlərinə görə, beynindəki elektrik sistemi ilə bağlı nevroloji problem səbəbindən zaman-zaman tutmalar keçirir.

Müğənni reper Sefo ilə studiyada duet hazırlayarkən yaşadığı ağır anları da bölüşüb: “Yerdə ağzım köpüklənmiş halda qalmışdım. Amma ətrafımdakılar zarafat etdiyimi düşünüblər”.

İ.Derici bildirib ki, EEG (Elektroensefaloqramma - Bu müayinə beynin elektrik fəaliyyətini ölçmək üçün aparılır – red.) nəticələri uzun müddətdir normal çıxmır və bundan sonra müntəzəm müalicəyə başlayacaq.


Chosen
3
1
medicina.az

2Sources