“Müasir metodist”in müsahibə mərhələsi davam edir. Bu mərhələ üzrlü səbəblərdən əvvəlki tarixlərdə müsahibədə iştirak edə bilməyən namizədlər üçün nəzərdə tutulub.
Bu barədə Redaktor.az-a Təhsil İnstitutundan məlumat verilib.
Qeyd edək ki, əvvəlki müsahibədə iştirak edən namizədlərə nəticələrin mayın 15-dən etibarən göndəriləcəyi bildirilsə də, mövcud tədbirlər, bayram günlərinə edilən dəyişikliklər və müsahibə prosesinin hələ davam etməsi nəzərə alınaraq nəticələrin göndərilməsinə iyun ayından başlanılacaq.
Müsahibədə göstərdiyi nəticədən asılı olmayaraq bütün namizədlərə SMS və e-məktub vasitəsilə məlumat veriləcək.