EN

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Mayın 18-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrinin və dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə Liderlərin Bəyanatları üzrə Sessiya keçirilib.

Publika.az xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları üzrə Sessiya Azərbaycanın təşəbbüsü ilə təşkil olunub. Bu təşəbbüs dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyin siyasi əhəmiyyətinin artırılması baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirib.

Tədbirdə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Esvatini Krallığının Kralı III Msvati, Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa, Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif, Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Kamboca Krallığının Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniya Respublikasının Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Respublikasının Baş nazirinin müavini Aleksey Kuleba, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin, Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov iştirak ediblər.Sessiyanın moderatoru Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev olub. İclasın açılışında çıxış edən Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun yalnız mühüm beynəlxalq konfrans deyil, həm də qlobal şəhər siyasətinin təşviqi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə verən əsas platforma olduğunu vurğulayıb.

Qeyd olunub ki, WUF13 iqlim dəyişikliyi, urbanizasiya və infrastruktur dayanıqlılığı ilə bağlı qlobal çağırışların artdığı bir dövrdə keçirilir. Liderlərin Bəyanatları üzrə Sessiyanın təşkili Forumun siyasi əhəmiyyətini daha da artırıb.

Çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı inkişaf və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd ediblər.

Chosen
2
4
publika.az

4Sources