Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamov vəfat edib.
Məlumata görə, M.İslamov 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğludur.
Qurbanəli İslamov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön cəbhədə iştirak edib. O, Füzuli və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə rəşadətlə vuruşub və döyüşlər zamanı sol ayağını itirib.