EN

Qorxmaz qəfil boğazımdan tutaraq başımı qaz turbasına vurdu

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kürdəmir rayonunda 51 yaşlı kişi qonşusuna xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 28-də baş verib. 1975-ci il təvəllüdlü Fariz həmin gün, saat 15:30-da yaşadığı evinin qarşısında qonşusu və tanışı olan Qorxmaz ilə mübahisə edib.Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Qorxmazın onu nalayiq sözlərlə təhqir etməsi və döyərək xəsarət yetirməsi səbəbindən intiqam hissi ilə yaşadığı evə daxil olub, evin mətbəxindən bıçaq  götürərək geri qayıdıb. Yenidən hadisə yerinə qayıdan Fariz bir dəfə Qorxmazın qarın nahiyəsindən zərbə vurub. İş üzrə izahat verən Fariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qorxmaz onun qonşusudur:“Məlum hadisəyə qədər münasibətlərimiz normal olub, aramızda hər hansı düşmənçilik, ədavət və ya münaqişə olmayıb. Aprelin 27-də, saat 13 radələrində yeməkxanaya getmək məqsədilə evdən çıxdım və Qorxmazı evdən iki dəfə səslədim. Lakin çağırışlarıma cavab ala bilmədim. Bundan sonra yeməkxanaya getdim, tanış biri ilə yemək yedim və spirtli içki qəbul etdim. Daha sonra yaşadığım evə qayıdaraq yatdım”. Təqsirləndirilən şəxs deyib ki, aprelin 28-də evdə yatdığı zaman çöldən çağrılmasını eşidib və yerindən qalxaraq çölə çıxıb:“Qorxmazın sərxoş vəziyyətdə məni çağırdığımı gördüm. Nə baş verdiyini soruşanda Qorxmaz əvvəlki gün onu səsləyərkən guya xoşagəlməz ifadələr işlətdiyimi bildirdi. Evimizin yanında 50 metr məsafədə məktəb var, qadınlar, uşaqlar evimin yanından keçdikləri üçün Qorxmazı yaxınlıqda olan parka aparmaq qərarına gəldim. Həmin vaxt Qorxmazın əmisi oğlu ona sakit olması barədə öz iradını bildirdim. Bundan sonra qonşuluqda yaşayan Firuzə xalagilə getdim, beş-on dəqiqə oradan qaldıqdan sonra evimə gəldim. Bir qədər sonra evimin darvazasından çölə çıxanda Qorxmaz qəfildən boğazımdan tutaraq başımı qaz turbasına vurdu və başım qanadı. Başımda xəsarət olması ilə bağlı iş materiallarında tibbi sənədləri də var. Qorxmaz həmin vaxt qızıma, rəhmətə getmiş anama və şəxsiyyətimə qarşı nalayiq ifadələr işlətdim. Bu vaxt Qorxmazın əmisi oğlu Babək hadisə yerinə gələrək ona öz iradını bildirdi, bizi ayırdı. Qorxmaz mənə nəsə edəcəyini bildirdi və bu barədə israrlı oldu. Kontuziyası olan biri kimi əsəbiləşərək yaşadığım evə getdim. Evin mətbəxindən bıçaq götürərək geri qayıtdım və Qorxmazın qarın nahiyəsindən bir dəfə vurdum. Bundan sonra Qorxmaz xəstəxanaya aparıldı”.İş üzrə zərərçəkmiş Qorxmazın sözlərinə görə, aprelin 27-də yaşadığı evdə olarkən Farizin küçədən onu səslədiyini eşidib: “Farizin məni spirtli içki qəbul etmək üçün çağırdığını, özüm isə xəstə olduğumdan içmək istəmədiyimi düşünüdüm, onun çağırışına məhəl qoymadım və çölə çıxmadım. Bir qədər sonra Fariz məni küçədən nalayiq sözlərlə söyərək oradan kənarlaşdı. Həmin vaxt ona fikir vermədim. Sabahısı gün, saat 15 radələrində spirtli içki qəbul etdikdən sonra Farizin bir gün əvvəl məni çağırarkən təhqir etməsini xatırladım və məsələni aydınlaşdırmaq üçün onu çağırdım Ona əvvəlki gün məni söyməsinin səbəbini soruşdum. Fariz əvvəlcə məni söymədiyini dedi. Daha sonra isə bunu etiraf etdi”. Zərərçəkmiş qeyd edib ki, daha sonra Farizin yaşadığı evin qarşısında aralarında mübahisə yaranıb, əlbəyaxa olublar: “Mübahisə zamanı bir-birimizi yumruq və təpiklə vurduq. Bir-birimizin ünvanına nalayiq ifadələr işlətdik. Bu zaman əmim oğlu Babək hadisə yerinə gələrək bizi ayırdı. Fariz yaşadığı evə getdi, özüm isə küçədə dayandım. Babək də bir müddət sonra oradan uzaqlaşdı. Az sonra Fariz yenidən küçəyə çıxaraq hələ də küçədə dayandığımı gördü və yenidən mübahisə etdi, nalayiq ifadələrlə söydü, yenidən əlbəyaxa olduq. Farizin başını küçədən keçən qaz borusuna vurdum. Bundan sonra Fariz məndən aralanaraq yaşadığı evə daxil oldu. Az sonra isə əlində mətbəx bıçağı ilə küçəyə çıxaraq üzərimə gəldi və mənim qarın nahiyəmdən bir dəfə bıçaqla vurdu. Həmin vaxt əmim oğlu Babək səsə dərhal yanıma gəldi, məni öz avtomobili ilə xəstəxanaya apardı”.Zərərçəkmiş şəxs bildirib ki, Fariz içki qəbul edərək onu təhqir etməsinə səbəb guya əvvəllər telefonunu satıb və ona 200 manat pul xərcləməsi olub: “Fariz mənə “şaftalı” deyə müraciət etdi. Mən də qarşılığında öz etirazımı bildirdim. Farizi özümü müdafiə etmək üçün itələmişəm”. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fariz 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
demokrat.az

1Sources