EN

Biləsuvarda Beynəlxalq Ailə Günü qeyd olunub

Biləsuvar şəhər Mərkəzi Parkında 15 may -  Beynəlxalq Ailə Günü keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, idarə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon rəhbəri Faiq Qürbətov bildirib ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.  

Ölkəmizdə dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin bütün sahələrdə əlkdə etdiyi uğurlar ailə institutunun  inkişafında da öz təsdiqini tapır. 

Tədbirdə rayonun mədəniyyət kollektivləri və Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan liseyin şagirdlərinin hazırladıqları musiqi və rəqslərdən ibarət bədii hissə nümayiş olunub, ailələr arasında müxtəlif əyləncəli və maraqlı yarışlar keçirilib, qalib ailələr mükafatlandırılıb.

Ərəstun ABDULOV,

XQ

Chosen
8
1
xalqqazeti.az

2Sources