EN

Ronaldu kimi ildə 60 və ya 70 qol vura bilməzdim Eden Hazar

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Real"ın keçmiş yarımmüdafiəçisi Eden Hazar vaxtilə Madriddə Kriştianu Ronaldu ilə müqayisə olunmasından və bu səbəbdən üzləşdiyi təzyiqlərdən danışıb. 

Fanat.Az xəbər verir ki, belçikalı ulduz futbolçu "Canal+"-ə açıqlamasında belə deyib: 

"Mən ora Kriştianunu əvəz etmək üçün yox, Eden kimi oynamaq üçün getmişdim. Amma alınmadı. Baxmayaraq ki, mən də "7 nömrə" idim. Əslində o nömrəli formanı geyinmək istəmirdim. Luka Modriçin geyindiyi 10 nömrəli formanı götürmək istəyirdim. Ondan bu barədə soruşdum və düşündüm ki, "Yaxşı, götür" deyəcək, amma onu mənə vermədi (gülür).

Qeyd etdiyim kimi, "Real Madrid"də Kriştianunu əvəz etmək kimi motivasiyam yox idi. Ronaldunu əvəz etməli olduğumu deyən media idi. Halbuki, oyun tərzim də onunkundan tamamilə fərqlidir. İldə 60 və ya 70 qol vura bilməzdim. Əslində, bütün karyeramda heç bu qədər qol vurmamışam". 

Xatırladaq ki, Eden Hazar 2023-cü ilin oktyabrında futbolçu karyerasını başa vurub. Onun son klubu "Real Madrid" olub.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
fanat.az

2Sources