EN

Bu rayonlarda ölənlərin sayı doğulanlardan çox olub Siyahı

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 20 min 362 uşaq doğulub və 15 min 19 nəfər vəfat edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkədə təbii artım 5 min 343 nəfər təşkil edib.

Qeyd edək ki, ən çox doğum Bakı şəhərində qeydə alınıb. Paytaxtda ilin ilk üç ayında 4 min 111 uşaq dünyaya gəlib. Bakıdan sonra ən çox doğum Lənkəran-Astara iqtisadi rayonunda (2 min 342 nəfər), Qarabağ iqtisadi rayonunda (1 min 870 nəfər) və Mərkəzi Aran iqtisadi rayonunda (1 min 595 nəfər) müşahidə olunub.

Rayonlar üzrə baxdıqda isə ən çox doğum Cəlilabad rayonunda qeydə alınıb. Burada üç ay ərzində 679 körpə doğulub. Sonrakı yerlərdə Sabunçu rayonu (512 nəfər), Sumqayıt şəhəri (502 nəfər), Abşeron rayonu (491 nəfər) və Ağdam rayonu (462 nəfər) qərarlaşıb.

Ən az doğum isə Xankəndi şəhərində qeydə alınıb. Burada cəmi 5 uşaq doğulub. Xankəndidən sonra Naftalan şəhərində 12, Ağdərə rayonunda 20, Pirallahı rayonunda 20 və Şahbuz rayonunda 35 doğum qeydə alınıb.

Ölüm hallarının sayı üzrə ilk yerdə də Bakı şəhəri dayanır. Paytaxtda üç ay ərzində 3 min 607 nəfər vəfat edib. Gəncədə 520, Sumqayıtda 510, Sabunçu rayonunda 529, Cəlilabad rayonunda isə 268 ölüm qeydə alınıb.

Ən az ölüm Xankəndi şəhərində olub. Burada 7 nəfər vəfat edib. Xocalı və Xocavənd rayonlarında isə ölüm sayı 11 və 12 nəfər olub.

Statistikaya əsasən, bəzi rayon və şəhərlərdə doğulanların sayı ölənlərdən az olub. Yəni həmin ərazilərdə təbii artım aşağı düşüb.

Təbii artımın mənfi olduğu rayon və şəhərlər bunlardır:

Pirallahı rayonu – 20 doğulan, 22 ölən,

Sabunçu rayonu – 512 doğulan, 529 ölən,

Səbail rayonu – 138 doğulan, 142 ölən,

Naxçıvan şəhəri – 114 doğulan, 141 ölən,

Ordubad rayonu – 61 doğulan, 72 ölən,

Şahbuz rayonu – 35 doğulan, 36 ölən,

Sumqayıt şəhəri – 502 doğulan, 510 ölən,

Gəncə şəhəri – 445 doğulan, 520 ölən,

Naftalan şəhəri – 12 doğulan, 15 ölən,

Xankəndi şəhəri – 5 doğulan, 7 ölən,

Qazax rayonu – 173 doğulan, 210 ölən,

Zaqatala rayonu – 207 doğulan, 213 ölən.Yasamal rayonunda isə doğulanların və ölənlərin sayı eyni olub. Burada hər iki göstərici 409 nəfər təşkil edib və təbii artım sıfır səviyyəsində qalıb.Murad Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
yeniavaz.com

3Sources