EN

Rusiya və Baltikyanı ölkələr arasında PUA böhranı: NATO işə qarışdı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Estoniyanın müdafiə naziri Hanno Pevkur Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) Vortsjarv gölü üzərində NATO qırıcısı tərəfindən vurulduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, müdafiə naziri Pevkur Estoniyanın ictimai yayımçısı ERR-ə verdiyi bəyanatda bu barədə fikirlər yer alıb. 

Latviya rəsmilərindən öncədən məlumat aldıqlarını bildirən Pevkur deyib: "Radarlarımız Estoniyanın cənubuna doğru hərəkət edən bir PUA təsbit etdi. Zəruri tədbirləri işə saldıq və Baltik Hava Patrulu xidmətində olan NATO qırıcısı PUA-nı vurdu".

Pevkur hadisənin Vortsjarv gölü üzərində bir yerdə baş verdiyini qeyd edərək, Estoniyanın aidiyyatı qurumlarının hadisə yerinə yollandığını və oraya çatdıqdan sonra vəziyyəti dəqiqləşdirəcəklərini vurğulayıb.

Hanno Pevkur Estoniya hava məkanında başqa bir icazəsiz PUA-nın aşkar edilmədiyini diqqətə çatdırıb.

Poltsamaa bələdiyyəsinin sədri Taavi Aas sözügedən PUA-nın Kablaküla kəndi ətrafında bir tarlaya düşdüyünü və hadisə zamanı xəsarət alanın olmadığını açıqlayıb.

Bu arada, Rusiya hava məkanından gələn PUA-lar son aylarda bir neçə dəfə Baltikyanı ölkələr olan Litva, Estoniya və Latviyada qəzaya uğramışdı.

Rəsmilər bu PUA-ların Ukraynaya məxsus olduğunu və Rusiya hədəflərinə yönəlmiş hücumlar zamanı marşrutdan çıxdıqlarını təsdiqləmişdilər.

Rusiya Latviya, Litva və Estoniyanın öz hava məkanlarını Ukraynaya məxsus PUA-lara açdığını iddia etmiş, xəbərdarlıqlara məhəl qoymayacaqları təqdirdə cavab verəcəklərini bəyan etmişdi. Baltikyanı ölkələr isə Rusiyanın bu iddialarını rədd etmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
cebheinfo.az

2Sources