EN

Ceyhun Bayramov: Azərbaycanın yenidənqurma layihələri Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirir  

Müxtəlif regionlardakı sənaye zonaları arasında yeni əlaqələrin yaradılması, iqtisadi imkanların bərpası uzunmüddətli sülh və əməkdaşlıq üçün şərait və imkanların formalaşdırılması deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.

O bildirib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir. Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir. Bu baxımdan, onların təsiri Azərbaycanın sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi artıma və əməkdaşlığa töhfə verir.

10Sources