Goranboyda qətl hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə. hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Belə ki kənd sakini olan kişi iki qadını bıçaqlayaraq qətlə yetirib. Bundan sonra özünə bıçaqla xəsarət yetirib. Kişi aldığı xəsarətlərdə hadisə yerində ölüb. Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov