EN

SOCAR-ın prezidenti Esvatini Kralı ilə görüşüb -Foto



19 may 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Esvatini Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Esvatini arasında enerji sahəsində dialoqun genişlənməsinin gələcək əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı qonağa SOCAR-ın enerji sektorundakı çoxşaxəli fəaliyyəti, o cümlədən neft-qaz hasilatı, emal, nəql, qaz təchizatı və digər əməliyyatlar, eləcə də insan kapitalının inkişafı istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bu xüsusda, SOCAR-ın qlobal genişlənmə strategiyası əsasında görülən işlərdən bəhs olunub.

Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Chosen
17
4
aia.az

5Sources