Mayın 19-da SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Esvatini Kralı Əlahəzrət III Msvati ilə görüşüb.
Bu barədə hafta.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Esvatini arasında enerji sahəsində dialoqun genişlənməsinin gələcək əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı qonağa SOCAR-ın enerji sektorundakı çoxşaxəli fəaliyyəti, o cümlədən neft-qaz hasilatı, emal, nəql, qaz təchizatı və digər əməliyyatlar, eləcə də insan kapitalının inkişafı istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bu xüsusda, SOCAR-ın qlobal genişlənmə strategiyası əsasında görülən işlərdən bəhs olunub.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
