EN

​“Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir” – Azad Məsiyev

"İstər müharibə başlayanda, istər müharibə ərəfəsində, istərsə də atəşkəs dönəmində İran da, ABŞ da heç vaxt atəşkəsdən və ya dinc münasibətlərdən imtina etməyiblər. Ümumiyyətlə, heç bir dövlət istəməz ki, hər hansı problemi və yaxud məqsədinə çatmaq istədiyi bir məsələni güc yolu ilə həll etsin. Çünki problem güc yolu ilə həll olunsa belə, bu, məqsədə çatana qədər müəyyən xərclər, dağıntılar və ciddi fəsadlar deməkdir. Yəni dövlət məqsədinə çatsa belə, əlavə itkilərlə və məsrəflərlə üzləşmiş olur. Bu nöqtədə həm ABŞ, həm də İran çalışır ki, mümkün qədər az zərərlə öz məqsədlərinə çatsınlar. İndi Hakan Fidanın bəyanatında əlbəttə ki, haqlı məqamlar var. Həm İran, həm də ABŞ istəyir ki, müharibə daha böyük zərbələr almadan, daha çox xərcə düşmədən bitsin və daha geniş coğrafiyaya yayılmasın. Tərəflərin hər ikisi çalışır ki, proses daha böyük məsrəflərə səbəb olmasın. Amma gəlin baxaq görək, bu, yetərlidirmi? Mənə elə gəlir ki, bunun üçün lazım olan zəmin hələ formalaşmayıb. Nəyə görə? Çünki ABŞ İrana ona görə zərbə endirmədi ki, gedib İranı işğal etsin və ya onu özünün növbəti ştatına çevirsin. ABŞ-nin məqsədi İrandan istədiklərini ala bilməməsi ilə bağlı idi. Yəni Vaşinqton Yaxın Şərqdə çatmaq istədiyi nəticələri əldə edə bilmirdi, İranı Çin və Rusiya ilə münasibətlərdən uzaqlaşdırıb Amerika mərkəzli xarici siyasət xəttinə gətirə bilmirdi. Bu da ABŞ-ı İrana qarşı sərt addımlar atmağa sövq etdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, İran və ABŞ arasında danışıqlarda kompromis əldə olunması üçün kifayət qədər siyasi motivasiya mövcuddur və tərəflərin ortaq məxrəcə gəlməsinə ciddi maneə görünmür. Onun açıqlamalarından belə nəticə çıxır ki, tərəflər müəyyən razılaşma nöqtəsinə yaxınlaşıblar və prosesin yekunlaşması daha çox siyasi iradədən asılıdır.

Siyasi şərhçi qeyd edib ki, İran ABŞ-nin mümkün zərbələrinə baxmayaraq, öz xarici siyasət kursundan geri çəkilmədi.

"Çünki bu, Tehran üçün ABŞ-dan asılı vəziyyətə düşmək anlamına gələ bilərdi. Yəni İran bunu öz milli maraqlarından geri çəkilmək və ABŞ maraqlarına uyğun davranmaq kimi qiymətləndirirdi. Məhz bu ziddiyyətlər münaqişənin əsas səbəblərindən biri oldu. İndi isə baxmalıyıq ki, tərəflər Hakan Fidanın dediyi kimi ortaq məxrəcə gəlmək və ya münaqişəni bitirmək üçün hansısa konsensusa yaxınlaşıblarmı? Məncə, hazırda bundan danışmaq çətindir. Çünki inanmıram ki, İrandakı mövcud rejim bu qədər itkilərdən və təzyiqlərdən sonra ABŞ qarşısında geri addım ataraq xarici siyasət kursunu dəyişsin və Amerika mərkəzli siyasət yürütməyə başlasın. Eyni şəkildə düşünmürəm ki, ABŞ da hələ bütün imkanlarını tam istifadə etməmiş geri çəkilib “məqsədlərimdən imtina edirəm, təki müharibə olmasın” mövqeyinə keçsin. Çünki belə bir addım təkcə İrana deyil, Çin və Rusiyaya da ciddi mesaj olar. Bu isə ABŞ-nin qlobal maraqları baxımından zəiflik görüntüsü yarada bilər. Əlbəttə, mümkündür ki, tərəflər hazırda gizli danışıqlar aparırlar və müəyyən məsələlər üzrə məhdud razılaşmalar əldə olunub. Amma əsas sual budur: bu razılaşmalar hansı səviyyədədir? Tammiqyaslı kompromis mümkündürmü? Məncə, yox. Çünki tərəflərin maksimalist tələbləri var. ABŞ İranın xarici siyasət kursunu dəyişməsini, Çin və Rusiya ilə münasibətlərinə yenidən baxmasını, nüvə proqramı və uzaqmənzilli raket məsələlərində geri addım atmasını istəyir. İran isə əksinə, bu şərtləri qəbul etməməklə yanaşı, regiondakı təsir siyasətini davam etdirəcəyini bildirir. Yəni Hizbullah, Husilər və İraqdakı silahlı qruplar kimi qüvvələrə dəstək siyasətindən geri çəkilmək niyyətində olmadığını göstərir. Bu isə yenidən ABŞ maraqları ilə birbaşa toqquşma deməkdir. Ona görə də hazırda elə bir konsensus və ya siyasi mühit formalaşmayıb ki, bu münaqişəni tam diplomatik yolla həll etmək mümkün olsun. Amma mümkündür ki, tərəflər müəyyən “dondurulmuş vəziyyət” modelinə keçsinlər. Bəlkə də Hakan Fidanın nəzərdə tutduğu da məhz budur. Yəni tərəflər nə bir-birinə ciddi güzəştə gedir, nə də hərbi əməliyyatları davam etdirməyin hazırkı mərhələdə tam məntiqli olduğunu düşünür. Sadəcə olaraq gözləmə mövqeyinə keçə və qarşıdurmanı müvəqqəti şəkildə dondura bilərlər. Bu isə barışıq, sülh və ya tam razılaşma demək deyil".

Rəfiqə Namazəliyeva,"İstər müharibə başlayanda, istər müharibə ərəfəsində, istərsə də atəşkəs dönəmində İran da, ABŞ da heç vaxt atəşkəsdən və ya dinc münasibətlərdən imtina etməyiblər. Ümumiyyətlə, heç bir dövlət istəməz ki, hər hansı problemi və yaxud məqsədinə çatmaq istədiyi bir məsələni güc yolu ilə həll etsin. Çünki problem güc yolu ilə həll olunsa belə, bu, məqsədə çatana qədər müəyyən xərclər, dağıntılar və ciddi fəsadlar deməkdir. Yəni dövlət məqsədinə çatsa belə, əlavə itkilərlə və məsrəflərlə üzləşmiş olur. Bu nöqtədə həm ABŞ, həm də İran çalışır ki, mümkün qədər az zərərlə öz məqsədlərinə çatsınlar. İndi Hakan Fidanın bəyanatında əlbəttə ki, haqlı məqamlar var. Həm İran, həm də ABŞ istəyir ki, müharibə daha böyük zərbələr almadan, daha çox xərcə düşmədən bitsin və daha geniş coğrafiyaya yayılmasın. Tərəflərin hər ikisi çalışır ki, proses daha böyük məsrəflərə səbəb olmasın. Amma gəlin baxaq görək, bu, yetərlidirmi? Mənə elə gəlir ki, bunun üçün lazım olan zəmin hələ formalaşmayıb. Nəyə görə? Çünki ABŞ İrana ona görə zərbə endirmədi ki, gedib İranı işğal etsin və ya onu özünün növbəti ştatına çevirsin. ABŞ-nin məqsədi İrandan istədiklərini ala bilməməsi ilə bağlı idi. Yəni Vaşinqton Yaxın Şərqdə çatmaq istədiyi nəticələri əldə edə bilmirdi, İranı Çin və Rusiya ilə münasibətlərdən uzaqlaşdırıb Amerika mərkəzli xarici siyasət xəttinə gətirə bilmirdi. Bu da ABŞ-ı İrana qarşı sərt addımlar atmağa sövq etdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Chosen
26
1
aznews.az

2Sources