EN

İlkin Fikrətoğlu: Yarımpeşəkar da ola bilməyənlərin liqası - VİDEOSÜJET

Peşəkar Futbol Liqasının təşkil etdiyi çempionatlar arasında ilk yekunlaşan II Liqa oldu.

Səkkiz aylıq marafonun sonunda "Xankəndi" ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı 5 xal qabaqlayaraq, çempion oldu və I Liqaya birbaşa vəsiqə qazandı.

Gümüş medallara sahiblənən Lökbatan klubu isə I Liqada 9-cu yeri tutacaq "Difai" və ya "Şimal" (bu son turda dəqiqləşəcək) komandalarından biri ilə plye-off duelində qarşılşacaq.

Bir oyundan ibarət pley-offda qalib tərəf yeni mövsümdə I Liqada çıxış edəcək.

II Liqada ikinci sezonunu keçirən "Araz Saatlı" bu dəfə çempionatı tərk etdi. Onları yeni mövsümdə Region Liqasının yeni qalibi - "Zəngəzur" əvəzləyəcək.

II Liqada 10 və 11-ci yerləri tutan "Göygöl" ilə "Ağstafa Gəncləri" isə liqada yerini qorumaq üçün Region Liqasının təmsilçiləri - "Marafon"(Sabirabad) və "Biləsuvar" ilə pley-off oyunları keçirəcək.

“Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğlu bütün bunlar və digər məqamlar haqqında növbəti videosüjetində danışıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
36
sportinfo.az

1Sources