EN

Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüşüb.

Azərbaycan XİN-dən Day.Az-a verilən məlumata görə, nazirlər Azərbaycan-Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar.

BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də diqqət mərkəzində olub.

Nazir Ceyhun Bayramov Sudan tərəfini postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və minatəmizləmə işləri, eləcə də regional bağlantı və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.

Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidmət, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, həmçinin sudanlı tələbələr üçün ayrılmış təqaüd proqramlarına görə təşəkkürünü ifadə edib.

Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğvinə dair saziş imzalanıb.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Chosen
2
6
day.az

10Sources