EN

Bazarlarda nübarlıq meyvələrin əl yandıran qiymətləri

Ərik, nektarin, gilas, tut... Artıq yaz mövsümünə uyğun meyvələr bazar və mağaza piştaxtalarını bəzəməyə başlayıb. Meyvələrin yalnız görünüşü deyil, qiymətləri də bir-birindən fərqlənir.

Ölçüsü daha iri olan meyvələr daha yüksək qiymətə satılır, nisbətən kiçik və fərqli ölçüdə olan məhsullar isə daha ucuz təklif edilir.

Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bu il meyvələrin qiyməti əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Onlar bunu havaların qeyri-sabit keçməsi və məhsuldarlığın azalması ilə əlaqələndirirlər.

Alıcıların isə qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Bəziləri qiymətlərin yüksək olduğunu desə də, digərləri mövsümün əvvəlində bu halın normal olduğunu düşünür.

Chosen
79
6
publika.az

7Sources