EN

Ceyms Roskonun qəfil istefası: Britaniya səfirliyində məxfi sənəd qalmaqalı

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini Ceyms Rosko vəzifəsindən kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Vaşinqtondakı rütbəcə ikinci ən mühüm britaniyalı diplomatın işdən çıxarılması Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan məxfi məlumatların sızması ilə bağlı aparılan araşdırma ilə əlaqədardır. Məqalədə qeyd olunur ki, həmin sızma nəticəsində son həftələr ərzində Britaniya nazirlərinin İrana qarşı müharibə ilə bağlı bəyanatları kütləvi informasiya vasitələrinə yol tapıb.

Qəzet yazır ki, diplomatın istefası gözlənilməz olub və bu barədə mayın 19-da elektron poçt vasitəsilə məlumatlandırılan səfirlik əməkdaşlarına qərarın heç bir səbəbi açıqlanmayıb.

Pedofiliyada təqsirləndirilən ABŞ-li maliyyəçi Ceffri Epşteynlə dostluq edən Böyük Britaniya səfiri Piter Mandelsonun 2025-ci ilin sentyabrında işdən çıxarılmasından sonra diplomatik missiyanın rəhbəri vəzifəsini beş ay ərzində məhz Rosko icra edib. O, xüsusilə ötən il ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərinin və Kral III Karlın 2026-cı ilin aprelindəki dövlət səfərinin təşkilində fəal rol oynayıb.

Rosko səfir vəzifəsinə namizəd kimi nəzərdən keçirilsə də, yekunda 2025-ci ilin dekabrında bu posta peşəkar diplomat, Birləşmiş Krallığın BMT-dəki sabiq daimi nümayəndəsi Kristian Törner təyin edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
cebheinfo.az

2Sources