EN

Lənkəranda “Şahin” hərbi idman oyununun zona mərhələsinin qalibi cəlilabadlılar olublar FOTOLAR

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ötən gün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissəsində “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib.

Dövlət Himninin oxunması və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan yarışda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Gənclər və İdman Nazirliyinin əməkdaşı Qoçaq İmanzadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, hərbi hissənin qərargah rəisi, komandir müavini mayor Allahşükür Məmmədli və yarışın baş hakimi Məmməd Məmmədov çıxış edərək bildirdilər ki, “Şahin” hərbi-idman oyunu gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsində , onların fiziki hazırlığının artırılması, eləcə də ilkin hərbi biliklərə yiyələnməsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin uzun illərdir keçirilən bu yarış yeniyetmə və gənclərdə Vətənə sevgi, dövlətçilik ənənələrinə bağlılıq, intizam və komanda ruhunun formalaşmasına böyük töhfə verdiyini deyən natiqlər onu da vurğulanıb ki, “Şahin” hərbi-idman oyunu iştirakçıların çevikliyinin, dözümlülüyünün və liderlik bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır.

Daha sonra yarışda komandalar sıra hazırlığı, maneələrin dəf olunması, turnikdə dartınma və digər hərbi-idman normativləri üzrə öz bacarıqlarını göstəriblər.

Qaliblərə gəldikdə isə bütün rəqiblərini üstələyən Cəlilabad rayonunun komandası zona mərhələsinin birincisi olub. Lənkəran şəhərinin komandası ikinci, Lerik rayonunun komandası isə üçüncü yerləri qazanıblar.

Qalib komandalar tutduqları yerlərə görə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomuna layiq görülüblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
sesqazeti.az

1Sources