EN

“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirdi

BAKI, 20 may. TELEQRAF

“EcoHub” – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi Ümumdünya Şəhərsalma Forumunn 13-cü Sessiyası (WUF13) çərçivəsində "İcmalardan şəhərlərə su dayanıqlılığı: Əlçatanlıq, səmərəlilik və davamlılıq" mövzusunda tədbir keçirib.

Teleqraf xəbər verir ki, tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb. İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə ediblər.

Tədbirdə çıxış edən “EcoHub”ın sədri Tükəzban Ağababayeva ekoloji çağırışların həllində tərəfdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, su təhlükəsizliyi artıq yalnız ekoloji məsələ olmayıb, cəmiyyətin bütün sektorlarının fəal iştirakını tələb edən iqtisadi, sosial və inkişaf prioritetinə çevrilib.

“EcoHub”ın əməliyyatlar üzrə direktoru Əkbər Mikayılovun moderatorluğu ilə keçirilən panel müzakirəsində “The Coca-Cola Company”nin Avrasiya və Orta Şərq Əməliyyat Bölməsi üzrə dayanıqlılıq direktoru Ece Gilava, "Carlsberg Azerbaijan"ın Korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Suyun təhlükəsizliyi sektorunun müdiri və “AgroElm” MMC-nin təsisçisi Tərlan Cərullazadə çıxış ediblər.

Müzakirə dayanıqlı su təminatı, su istifadəsində səmərəlilik, innovativ suvarma texnologiyaları, korporativ su idarəçiliyi və çoxtərəfli tərəfdaşlığın rolu kimi mövzulara həsr olunub.

Chosen
52
8
teleqraf.com

10Sources