EN

Qavi: Madridlilər titullarımızı həmişə kiçiltməyə çalışırlar

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Barselona"nın gənc yarımmüdafiəçisi Qavi "Real" ilə bağlı diqqətçəkən açıqlamalar verib. Sport24.az xəbər verir ki, ispaniyalı futbolçu "El Mundo Deportivo" nəşrinə müsahibəsində paytaxt təmsilçisinin "Barselona"nın uğurlarını daim kölgədə qoymağa çalışdığını bildirib:"Hamı bilir ki, madridlilər qazandığımız titulları həmişə kiçiltməyə və dəyərdən salmağa çalışırlar".Qavi kataloniyalıların ardıcıl iki mövsüm La Liqa çempionu olmasını yüksək qiymətləndirib:"Heyətinin əksəriyyəti La Masiyanın yetirmələri olan və çox az transfer edən komanda ilə ardıcıl iki dəfə çempionluq yaşamaq böyük uğurdur".Gənc oyunçu əzəli rəqibləri ilə bağlı maraqlı bir etiraf da edib:​"Açığı, istəyirdim ki, "Real" "Espanyol"a qalib gəlsin. Çünki onları öz stadionumuzda, azarkeşlərimizin önündə məğlub etmək istəyirdik. Belə də oldu və bu, mənim üçün daha xoş idi".İspaniyalı futbolçu Aurelien Çuameni ilə Federiko Valverde arasında yaşandığı iddia olunan insidentə də münasibət bildirib:​"Əgər doğrudan da dava olubsa, baş məşqçi onu oynatmamalı idi. Amma əslində orada dəqiq nə baş verdiyini bilmirəm".Qavi ünvanına səslənən tənqidlərə də sərt cavab verib:​"Futbol barədə heç bir anlayışı olmayan çox insan var. Mənim üçün əsas olan baş məşqçinin fikridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
sport24.az

1Sources