EN

Stolüstü tennisçilərimiz Özbəkistanda

Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.

Xatırladaq ki, stolüstü tennisçilərimiz Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar. Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində 1 gümüş, 2 bürünc mükafata layiq görülən komandamızın növbəti sınağı Andijan şəhərindədir. Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaqlar. Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
5
1
xalqqazeti.az

10Sources