Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.
Ajans.az xəbər verir ki, bununla bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.