AZ

Mavriki Prezidenti İçərişəhərlə tanış olub

Mavriki
Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib. Bu barədə 1news.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.

Seçilən
11
10
1news.az

10Mənbələr