Onlar qeyd ediblər ki, vaxtilə 1 mart 2008-ci il hadisələrinin nəticələrindən siyasi dividend qazanan və hakimiyyətə populist şüarlarla gələn Paşinyan, hazırda müxalif fikirlərə qarşı zorakılıq tətbiq edir, vətəndaşları açıq şəkildə təhqir və təhdid edir.
Siyasətçilər Paşinyanın özünü keçmiş prezident Robert Köçəryana bənzətməyə çalışdığını, mütləq və nəzarətsiz hakimiyyətə sahib olduğunu və postunu qorumaq naminə yenidən qan tökməyə hazır olduğunu vurğulayıblar. Eyni zamanda, Paşinyanın hər seçkidə 1 mart hadisələrindən xalqı aldatmaq üçün istifadə etdiyini xatırladan Edmon Marukyan, ölkədə zorakılığa son qoyulması, "həqiqət komissiyası"nın yaradılması və hüquq-mühafizə orqanlarının xalqın maraqlarına xidmət etməsinin vacibliyini bildirib.