AZ

"Maarifçi Ermənistan" partiyası: Paşinyan hakimiyyətdə qalmaq üçün xalqın qanını tökməyə hazırdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Maarifçi Ermənistan" partiyasının nümayəndəsi Karpis Paşoyan və partiya lideri Edmon Marukyan seçkiönəsi kampaniya çərçivəsində keçirilən podkastda Baş nazir Nikol Paşinyanın fəaliyyətini və ölkədəki insan haqlarının vəziyyətini kəskin tənqid ediblər. 

Onlar qeyd ediblər ki, vaxtilə 1 mart 2008-ci il hadisələrinin nəticələrindən siyasi dividend qazanan və hakimiyyətə populist şüarlarla gələn Paşinyan, hazırda müxalif fikirlərə qarşı zorakılıq tətbiq edir, vətəndaşları açıq şəkildə təhqir və təhdid edir. 

Siyasətçilər Paşinyanın özünü keçmiş prezident Robert Köçəryana bənzətməyə çalışdığını, mütləq və nəzarətsiz hakimiyyətə sahib olduğunu və postunu qorumaq naminə yenidən qan tökməyə hazır olduğunu vurğulayıblar. Eyni zamanda, Paşinyanın hər seçkidə 1 mart hadisələrindən xalqı aldatmaq üçün istifadə etdiyini xatırladan Edmon Marukyan, ölkədə zorakılığa son qoyulması, "həqiqət komissiyası"nın yaradılması və hüquq-mühafizə orqanlarının xalqın maraqlarına xidmət etməsinin vacibliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr