EN

"Putinlə 200 telefon danışığımız olub" - Paşinyan

"Ermənistan Rusiyanın maraqlarına zərər verə biləcək heç bir addım atmayacaq".

"Unikal" xəbər verir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

“Rusiya ilə münasibətlərimizdə heç bir kəskin addım atmayacağıq. Rusiya prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir”, - deyə Paşinyan bildirib. 

O, əlavə edib ki, Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır:

“Mən Rusiyaya, prezidentə və Rusiya hökumətinin başçısına da eyni hissləri keçirirəm. Onlara deyirəm ki, biz Rusiyanın maraqlarına zərər verə biləcək heç nə etməmişik və etməyəcəyik. Eyni zamanda, öz maraqlarımızı Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Amma biz Rusiya ilə qarşıdurmaya girməyəcəyik. Ən yüksək səviyyədə dialoq davam edəcək”.

Gülayə Mecid

Chosen
7
4
unikal.az

6Sources