Azpost saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistan Rusiyanın maraqlarına zərər verə biləcək heç bir addım atmayacaq.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Lori bölgəsində seçki kampaniyası zamanı açıqlayıb.
Baş nazir deyib ki, Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atmayacaqlar: “Rusiya prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir”, – deyə Paşinyan əmin edib.
O, əlavə edib ki, Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır. “Mən Rusiyaya, prezidentə və Rusiya hökumətinin başçısına belə yanaşıram. Onlara deyirəm ki, biz Rusiyanın maraqlarına zərər verə biləcək heç bir şey etməmişik və etməyəcəyik. Eyni zamanda, öz maraqlarımızı Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Lakin biz Rusiya ilə qarşıdurmaya girməyəcəyik. “Ən yüksək səviyyədə dialoq davam edəcək”, – deyə Nikol Paşinyan qeyd edib.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.