EN

OECD: Mənzil böhranı qlobal inkişaf böhranının şəhər simasıdır

Mənzil böhranı qlobal inkişaf böhranının şəhər simasıdır.

"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərin 2030-a Geri Sayımı fəaliyyətdə, Mənzil Qlobal Gündəmin icrasının hərəkətverici qüvvəsi kimi" adlı tədbirdə bildirib.

Onun sözlərinə gör, bir çox ölkədə əslində fövqəladə xarakter daşıyan mənzil mənzil problemi yalnız sosial deyil həmdə iqtisadi və siyasi məsələdir: "İƏİT-də mənzil böhranını narazılığın artması və bir çox üzv ölkəmizdə populizmin yeni coğrafiyası ilə əlaqələndiririk. Həmçinin bu, rəqabətqabiliyyətliliyə mənfi təsir göstərir. Bir çox İƏİT ölkəsi bir neçə il ərzində müəyyən dərəcədə özünürazılıq tələsinə düşmüşdü, yalnız mənzil təklifi söhbətinə diqqət yetirərək bazar yanaşması izləyirdilər. Evlər tikirdik, amma mütləq şəhərlər deyil".

Chosen
26
far.az

1Sources