EN

Yalnız POS-terminalla ödəniş aparın - XƏBƏRDARLIQ

Azərbaycanda kartdan-karta pul köçürmələrinin həcmi son dövrlərdə xeyli artıb. Bu isə ticarət obyektləri və müxtəlif satış məntəqələrində həyata keçirilən ödənişlərə nəzarət məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, belə ödəniş halları monitorinqlər və operativ vergi nəzarəti tədbirləri çərçivəsində aşkarlanır. 

Vergi Xidmətinin əməkdaşı kartdan-karta ödəniş aşkarlandığı təqdirdə tətbiq olunan cərimə məbləğindən də danışıb.

Qurum vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.

Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

 

Chosen
6
6
7news.az

5Sources