Aktual.az xəbər verir ki, mövzu ilə bağlı Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, belə ödəniş halları monitorinqlər və operativ vergi nəzarəti tədbirləri çərçivəsində aşkarlanır.
Vergi Xidmətinin əməkdaşı kartdan-karta ödəniş aşkarlandığı təqdirdə tətbiq olunan cərimə məbləğindən də danışıb.
Qurum vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.
Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.