EN

Milli Paralimpiya Komitəsinin rəhbərliyi beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşüb

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi parataekvondo üzrə Avropa çempionatında və paraüzgüçülük üzrə Dünya Seriyasında uğur qazanan idmançılarla görüş keçirib.

Qurumdan "Far.Az"a verilən məlumata görə, görüşdə Almaniyada keçirilən yarışlarda 2 gümüş medal qazanan parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalov, eləcə də 1 gümüş və 1 bürünc medal əldə edən paraüzgüçü Əli Vəliyev və onların məşqçiləri iştirak ediblər.

Toplantı zamanı idmançıların çıxışları dinlənilib, milli komandaların gələcək uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə olunub. Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri iştirak ediblər.

Chosen
23
2
far.az

3Sources