EN

WUF13-ün Milli Koordinatorunun müavini: İqlim dəyişikliyi əlavə çağırışlar yaradır

WUF13 hazırda cəmiyyətin, şəhər mühitinin və urbanizasiya prosesinin qarşılaşdığı çağırışları müzakirə etmək üçün bir platformadır.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransda deyib.

Onun sözlərinə görə, sürətli urbanizasiya, demoqrafik dəyişikliklər və resursların dəyişməsi fonunda bəşəriyyət çox ciddi problemlərlə üz-üzədir.

“2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. İqlim dəyişikliyi isə əlavə çağırışlar yaradır. Şəhərlər həm bu dəyişikliklərə təsir edir, həm də onların təsiri altında qalır. Çünki şəhərlər iqtisadi imkanlar, əyləncə, məşğulluq və ÜDM artımı yaradır. Amma eyni zamanda şəhərlər düzgün planlaşdırılmasa, dayanıqlılıq və iqlimə uyğun standartlar nəzərə alınmasa, onlar iqlim dəyişikliyini sürətləndirə və insan sağlamlığına mənfi təsir göstərə bilər. Məhz buna görə “təmiz hava” bugünkü görüşün çox vacib, aktual və gələcəyə yönəlmiş mövzusudur. Bu mövzu Yeni Şəhərsalma Gündəliyə yeni nəfəs verir”,- Gülşən Rzayeva bildirib.

Qeyd olunub ki, şəhərlər iqtisadi inkişaf, məşğulluq və yeni imkanlar yaratsa da, düzgün planlaşdırılmadıqda, iqlim dəyişikliyini sürətləndirə və insan sağlamlığına mənfi təsir göstərə bilər.

Chosen
21
2
apa.az

3Sources