

Müəllif
İlhamə Vəliqızı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.Ulusum..az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd ediblər.Müzakirələr zamanı biznes əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və infrastruktur sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhərsalma, tikinti və dayanıqlı urbanizasiya sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.Görüş çərçivəsində potensial investisiya layihələrində iştirak, özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Diqqət Çəkənlər
Novxanıda hoteldə güclü yanğın başlayıb FOTO
Türkiyə Bakı Koalisiyasını iqlim dialoqu üçün daimi platformaya çevirməyi müdafiə edir
Tailand turistlər üçün vizasız qalma müddətini azaldır