AZ

İqtisadiyyat Nazirliyində görüş: Azərbaycan ilə Oman arasında əməkdaşlığın inkişaf perspektivləri

Bakı, 20 may, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd ediblər.

Müzakirələr zamanı biznes əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və infrastruktur sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhərsalma, tikinti və dayanıqlı urbanizasiya sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində potensial investisiya layihələrində iştirak, özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Seçilən
10
8
azertag.az

9Mənbələr