Tərk edilmiş Çernobılda heyvan populyasiyaları artır
7News.az xəbər verir ki, alimlər tərəfindən nəşr olunan yeni araşdırmalar Çernobıl faciəsindən sonra insanların tərk etdiyi ərazidə vəhşi təbiətin nəzərəçarpacaq dərəcədə artdığını ortaya çıxarıb. Tədqiqat göstərir ki, bölgədə canavar, boz ayı, vaşaq, maral və vəhşi atlar çox sayda yaşayır.