EN

Azərbaycan karateçiləri Moldovada keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan idmançıları Moldovada təşkil olunan açıq beynəlxalq karate turnirində 11 medal qazanıblar.

"Cebheinfo.az" Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, təmsilçilərimiz yarışı 8 qızıl və 3 bürünc medalla başa vurublar.

Turnirdə Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Karimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər idmançılardan Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) isə bürünc medala sahib olublar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
74
4
cebheinfo.az

5Sources