EN

Şəki folkloruna dair yeni kitab işıq üzü görüb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin aparıcı elmi işçisi dosent Ulduz Mürşüdovanın tərtibçisi olduğu “Azərbaycanın mif, əfsanə, rəvayət və nağılları (Şəki və ətraf kəndləri)” kitabı nəşr olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Kitabın elmi redaktoru professor Ramazan Qafarlı, rəyçiləri professor Məhərrəm Qasımlı və dosent Mətanət Abdullayevadır.

Nəşrdə ümumilikdə 224 folklor nümunəsi olmaqla Şəki və ətraf kəndlərin yaşlı sakinlərindən toplanmış miflər, əfsanələr, rəvayətlər və nağıllar bir araya gətirilib. Kitab xalqın dünyagörüşünü, məişətini, milli-mənəvi dəyərlərini, zəngin şifahi xalq ədəbiyyatı ənənələrini, dilini, intellektual yaddaşını, sosial etikasını əks etdirir.

Nəşrin əsas məqsədi Şəki bölgəsinin folklor örnəklərini qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda, milli folklor irsinin öyrənilməsinə töhfə verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
3
azertag.az

4Sources