Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu günlərdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin aparıcı elmi işçisi, fil ologiya üzrə fəlsəfə dojktoru, dosent Ulduz Mürşüdovanın tərtibçisi olduğu “Azərbaycanın mif, əfsanə, rəvayət və nağılları (Şəki və ətraf kəndləri)” kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru professor Ramazan Qaffarlı, rəyçiləri professor Məhərrəm Qasımlı və dosent Mətanət Abdullayevadır.
Nəşrdə ümumilikdə 224 folklor nümunəsi olmaqla Şəki və ətraf kəndlərin yaşlı sakinlərindən toplanmış miflər, əfsanələr, rəvayətlər və nağıllar yer alıb.
Kitab xalqın dünyagörüşünü, məişətini, milli-mənəvi dəyərlərini, zəngin şifahi xalq ədəbiyyatı ənənələrini, dilini, intellektual yaddaşını, sosial etikasını əks etdirir.
Nəşrin əsas məqsədi Şəki bölgəsinin folklor örnəklərini qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda milli folklor irsinin öyrənilməsinə töhfə verməkdir.
Qabil YUSİFOĞLU
XQ