EN

Yasda kütləvi zəhərlənmə Aralarında uşaqlar da var

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
54
16
axsam.az

10Sources