AZ

​Samuxda kütləvi zəhərlənmə baş verdi

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib. Metbuat.az xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb. İlkin verilən məlumata görə, mərasimdə iştirak edən 22 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənən şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, zəhərlənən insanlar arasında azyaşlı uşaqlar da var.

Davud Tarverdiyev / Metbuat.az

Seçilən
3
16
metbuat.az

10Mənbələr