EN

Premyer Liqa: 2025/26 mövsümünün son turuna start verilir – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu – 33-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyunu Qəbələdə keçiriləcək. Burada “Qəbələ” və “Şamaxı” komandaları mövsümdəki son oyunlarına çıxacaqlar.

“Qəbələ” son tur ərəfəsində 23 xalla 11-ci pillədə qərarlaşıb. “Şamaxı” isə 38 xalla 8-cidir.

Qeyd edək ki, turun qalan görüşləri mayın 22-də, 23-də və 24-də keçiriləcək.

Premyer Liqa
33-cü tur
21 may

“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:30.

22 may

“Turan Tovuz” – “Sabah”
“Masazır Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

23 may

“Kəpəz” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan” – “Zirə”
“Sumqayıt Arena”, 19:00.

24 may

“İmişli” – “Karvan”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
28
2
arena.az

10Sources