AZ

AFFA çempion “Şəfa”nı 600 manat cərimələdi – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Biirnci Liqasının 26-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 26-cı tur

“Səbail” – “Şahdağ Qusar” oyununda “Səbail”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Şahdağ komandası da 210 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” komandası 600 manat cərimə edilib. Bu oyunda “Cəbrayıl”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

Xatırladaq ki, “Şəfa” məhz bu oyunda qazandığı 1:0 hesablı qələbə sayəsində Birinci Liqanın 2025/2026-cı illər mövsümünün çempionluğunu təmin edib və Premyer Liqaya vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
27
5
arena.az

10Mənbələr