
ABŞ Açıq Kubokunun dörddəbir final mərhələsində “Kolumbus Kryu” “Nyu-York Siti”ni 1:0 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib.
Yeniavaz.com xəbər verir ki, “Kolumbus Kryu”ya qələbəni gətirən qolun ötürməsini Azərbaycan millisinin üzvü Nəriman Axundzadə edib.
Belə ki o, 59-cu dəqiqədə sağ cinahdan topu Maks Arfstenə çatdırıb, futbolçu isə təxminən 17 metr məsafədən dəqiq zərbə ilə hesabı açıb.
Qeyd edək ki, “Kolumbus Kryu” yarımfinalda “Orlando Siti” ilə qarşılaşacaq.